Qəbələdə iki qol
Xəbərlər / 24 Aprel 2024 | 19:32596
Qəbələdə iki qol

“Qəbələ” – “Zirə” – 0:2

Azərbaycan Kuboku, 1/2 final mərhələsi, cavab oyunu

24 aprel 2024. Saat 17:00. Qəbələ şəhər stadionu. 850 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Vüsal Məmmədov

Dördüncü hakim: Rauf Allahverdiyev

VAR: Cavid Cəlilov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Nəriman Axundov

Sarı vərəqələr: Asif Məmmədov, 20 (qeyri-idman hərəkəti) // Vladislav Kulaç, 19 (qeyri-idman hərəkəti); Pyer Zebli, 78 (qeyri-idman hərəkəti); Fuad Bayramov, 82 (qeyri-idman hərəkəti)

Qollar: Vladislav Kulaç, 59; Rafael Utziq, 84

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

İlk oyun – 1:2

 

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşıb.

 

Matç Qəbələ şəhər stadionunda keçirilib. Görüş qarşılıqlı hücumlarla keçib. İlk 45 dəqiqədə hər iki komanda təhlükəli hücumlar qursa da, hesab açılmayıb.

 

Oyunun taleyi fasilədən sonra həll olunub. Hissənin əvvəlində hesabı açan qonaqlar görüşün sonlarında daha bir qol vurublar. Beləliklə, 0:2 hesabı ilə məğlub olan “qırmızı-qaralar” kubokda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, “Qəbələ” növbəti oyununu aprelin 28-də keçirəcək. “Kəpəz”ə qarşı Misli Premyer Liqasının XXXII turunun matçı Qəbələ şəhər stadionunda baş tutacaq.

 

“Qəbələ”

1. Rəşad Əzizli

11. Asif Məmmədov (k)

2. İlkin Qırtımov

34. Urfan Abbasov

28. Murad Musayev

12. Nicat Əliyev

(17. Yaovi Akakpo, 87)

7. Emil Səfərov

20. Bilel Auaşeriya

(30. Şahin Şahniyarov, 87)

3. Zurab Oçiqava

9. Əyyub Allaş

(10. Klesio Bauk, 64)

72. Osama Xalayla

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

5. Rauf Hüseynli

71. Sənan Ağalarov

25. İbrahim Ramazanov

77. Okan Təhməzli

27. Eşqin Əhmədov

99. Ahmed Ayzaya

 

Baş məşqçi: Kaxaber Tsxadadze

 

“Zirə”

97. Tiaqo Silva

32. Qismət Alıyev (k)

20. İsmayıl İbrahimli

16. Fuad Bayramov

11. Rüstəm Əhmədzadə

(10. Rəhim Sadıxov, 74)

29. Ceyhun Nuriyev

(19. Salifu Suma, 46)

5. Stefan Aka

9. Vladislav Kulaç

(23. Rafael Utziq, 64)

4. Ruan Renato

15. Pyer Zebli

(24. Sezar Meza Kolli, 87)

6. Eldar Quliyev

(28. Abbas İbrahim, 74)

 

Ehtiyat oyunçular:

 

41. Anar Nəzirov

50. Səlim Həşimov

17. Araz Abdullayev

77. Məqsəd İsayev

8. İlkin Muradov

21. Hacıağa Hacılı

44. Dmitrios Çantakias

 

Baş məşqçi: Rəşad Sadıqov