Ülvi İsgəndərov əməliyyat olundu
Xəbərlər / 25 Aprel 2024 | 13:40689
Ülvi İsgəndərov əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub. 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

 

İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib.