“Marset” akademiyasının rəhbərliyi Qəbələdə
Xəbərlər / 11 Dekabr 2023 | 23:0684
“Marset” akademiyasının rəhbərliyi Qəbələdə

İspaniyanın məşhur “Marset” Futbol Akademiyasının rəhbərliyi Qəbələnin qonağı olub. Pireneyli qonaqlar “Qəbələ” Futbol Akademiyası ilə yaxından tanış olub, infrastruktur və iş prinsipləri ilə yaxından maraqlanıblar. 

Barselona şəhərində yerləşən akademiyanın nümayəndələri “Qəbələ”nin aşağı yaş qrupu üzrə komandalarının məşqlərini izləyib, futbolçuların qidalanmasına nəzər yetiriblər. 

İki akademiya arasında əməkdaşlığın davam etdirilməsi müzakirə olunub. İndiyədək 15-ə yaxın azərbaycanlı futbolçunu sıralarına cəlb edən İspaniya təmsilçisi bundan sonra da “Qəbələ”nin yetirmələrinə diqqət ayırmaq fikrindədir.