“Qəbələ”nin beş futbolçusu U-19-da
Xəbərlər / 12 Noyabr 2023 | 14:19101
“Qəbələ”nin beş futbolçusu U-19-da

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb. “Qəbələ”nin 5 üzvü Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq heyətdə yer alıb.

 

Ravil Qafarov, Şahin Şahniyarov, Xəyyam Məmmədli, Sənan Ağalarov və Eşqin Əhmədov noyabrın 13-dən 22-dək Lüksemburqda təşkil olunacaq turnirdə iştirak edəcəklər. U-19 millimiz ayın 15-də Bosniya və Herseqovina, 18-də Niderland, 21-də Lüksemburqla qarşılaşacaq.