U-13-dən 5 cavabsız qol
Xəbərlər / 23 Noyabr 2023 | 21:5971
U-13-dən 5 cavabsız qol

“Qəbələ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında mübarizə aparan U-19 “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib. “Qırmızı-qaralar” 9 matçda 22 xal toplayaraq turnir cədvəlində 4-cüdür.

U-17 rəqib meydanında “Sumqayıt”a uduzub – 0:2. 12 oyundan sonra hesabında 23 xal olan “qırmızı-qaralar” turnir cədvəlində 5-ci pillədə yer alıb.

U-15 öz meydanında “Səbail”ə iki cavabsız qolla qalib gəlib. 11 oyunda 21 xal toplayan komandamız 6-cı sıradadır.

Şimal-Qərb və Qarabağ regionunda çıxış edən U-13 “Şəki”ni böyük hesabla məğlub edib – 5:0. Yeddi matçda 21 xal toplayan komandamız öz zonasında 1-ci pillədədir.