U-15 Donetskdə böyükhesablı qələbə qazandı
Xəbərlər / 13 Mart 2012 | 20:4570
U-15 Donetskdə böyükhesablı qələbə qazandı

Ukraynanın Donetsk şəhərində təlim-məşqlərini davam etdirən “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Şaxtyor”un şəhər filialının komandası ilə qarşılaşan təmsilçimiz böyükhesablı qələbə qazanıb.  Əli Səmədov, Roman Hüseynov, Vüqar Əlibabayev və Ülvi İskəndərovun qolları komandamızın 4:0-lıq qələbəsini təmin edib.

Xatırladaq ki, “Qəbələ” 3-cü – sonuncu yoxlama oyununda “Metallurq”un 15 yaşa qədər futbolçularından ibarət komandası ilə qüvvəsini sınayacaq. Matç martın 15-də baş tutacaq.