U-17 6-cı oldu
Xəbərlər / 21 Dekabr 2013 | 12:03342
U-17 6-cı oldu

"Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası Braziliyanın Araponqas şəhərində keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirakına yekun vurub. Qrup mərhələsini 3-cü pillədə tamamlayan "qırmızı-qaralar" son matçda - turnirin 5-ci yeri uğrunda oyunda Mərakeş təmsilçisi "Mohamad IV" ilə üz-üzə gəlib. Matçda hesabı açan tərəf "Mohamad IV" olub. Ruhdan düşməyən "Qəbələ" final fitinədək status-kvonu bərpa etməyi bacarıb. Elmiz İsmayılovbərabərlik qoluna imza atıb. Qalib müəyyənləşmədiyindən tərəflər penalti duelində üzləşiblər. Bu mərhələdə daha dəqiq oynayan mərakeşlilər 4:2 hesabilə qalib gəliblər. Beləliklə "Qəbələ" turniri 6-cı yerdə tamamlayıb.