Yunanıstanda dörd qol
Xəbərlər / 29 Noyabr 2023 | 20:4778
Yunanıstanda dörd qol

“Olimpiakos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 4:0

Xristos Muzakitis, 15, 71 (p.), Xristos Qatopulos, 56, Atanasios Koutsoqulas, 90+4 (p.)

İlk oyun – 3:0

 

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok matçını keçirib. Azərbaycan çempionu UEFA Gənclər Liqasının oyununa çıxıb.

 

Famil Xəlilovun yetirmələri Çempionlar yolunun II mərhələsində “Olimpiakos”la qarşılaşıb. Qəbələdə 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” cavab qarşılaşmasını Yunanıstanda keçirib.

 

Hesabı Pirey təmsilçisi açıb. Meydan sahibləri ilk hissədə fərqləniblər. Fasilədən sonra daha üç qol vuran “Olimpiakos” 4:0 hesablı qələbə qazanıb. “Qəbələ” bu oyunla avrokubok mövsümünü başa vurub.

 

Xatırladaq ki, komandamız I mərhələdə Macarıstan çempionu “Puşkaş Akademiya”nı üstələyib – 1:1, 1:0.