Azərbaycan çempionatında 5 medal
Taekvondo / 28 Dekabr 2015 | 17:01587
Azərbaycan çempionatında 5 medal

Taekvondo üzrə böyüklərin Azərbaycan çempionatına yekun vurulub. 3 gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvəsini sınayıb. Klubumuzun taekvondoçuları çempionatı 5 medalla tamamlayıb. Bunlardan üçü kişilərdən ibarət komandanın hesabındadır. 54 kq çəki dərəcəsində çıxış edən Məcid Sofiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Mehtiyev 63 kq, Əli Axundov 68 kq çəki dərəcəsində 3-cü yerə sahib çıxıb. Qadınların yarışında mübarizə aparan Dilarə Həsənova 57 kq, Günay Ağayeva 53 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan çempionatında 1 qızıl, 4 bürünc medal qazanan taekvondoçularımız komanda hesabında 5-ci yeri tutub.