«Baku Open»də iki medal
Karate / 12 Mart 2017 | 02:371078
«Baku Open»də iki medal

“Qəbələ” İdman Klubunun karateçiləri növbəti uğurunu qazanıb. Təmsilçilərimiz 8-ci “Baku Open” beynəlxalq turnirində fərqlənib. Bakı İdman Sarayında təşkil olunan yarışın ilk günündə karateçilərimiz 2 medal qazanıb. 67 kq çəki dərəcəsində mübarizə aparan Rafiz Həsənov və Niyazi Əliyev finaladək bütün rəqiblərinə qalib gəlib. “Qəbələ” karateçilərinin üz-üzə gəldiyi həlledici döyüşdə Həsənov qələbə qazanıb. Beləliklə, Rafiz yarışın qızıl, Niyazı gümüş medalına yiyələnib.