Rafael Ağayev Rabat Premyer Liqasının qalibi oldu
Karate / 19 Aprel 2017 | 00:241696
Rafael Ağayev Rabat Premyer Liqasının qalibi oldu

“Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb. Dəfələrlə Dünya və Avropa çempionu olan idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib. O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.