Rafael Ağayevdən qızıl medal
Karate / 18 Fevral 2018 | 17:211188
Rafael Ağayevdən qızıl medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb. İdmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. İdmançımız finalda macarıstanlı Qabor Harspatakini məğlub etməklə qızıl medalçı olub.

Xatırladaq ki, 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılıb.