Rəfael Ağayev «Qəbələ»də
Karate / 1 May 2013 | 12:291378
Rəfael Ağayev «Qəbələ»də

"Qəbələ" İdman Klubunda yeni təyinat reallaşıb. Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən karateçi Rəfael Ağayev klubun karate bölməsinin rəhbəri təyin edilib. Ağayev həm də idmançı kimi "Qəbələ"nin şərəfini qoruyacaq.
Xatırladaq ki, Rəfael Ağayev 4 qat Dünya, 10 qat Avropa çempionudur. O bundan əlavə bir sıra yüksək reytinqli yarışların qalibi olub.