Taekvondoçularımızdan 3 qızıl, 4 gümüş və 4 bürünc - Fotoreportaj
Taekvondo / 29 Dekabr 2014 | 08:37693
Taekvondoçularımızdan 3 qızıl, 4 gümüş və 4 bürünc - Fotoreportaj

"Qəbələ" İdman Klubunun taekvondo bölməsi 2014-cü ilə major notlarla yekun vurub. Gənclərin və böyüklərin ölkə birinciliyi və çempionatında iştirak edən komandamız ümumilikdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb. 

Gənclərin yarışında Aleksandra Nəzərova (52 kq) "Qəbələ"yə qızıl medal qazandırıb. İdmançılarımız - İlham Əliyev (45 kq), Nicat Əsgərli (63 kq) və Orxan Tağızadə (+78 kq) yalnız finalda uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Əli Məmmədov (51 kq) və Səbinə Hacıəliyeva (59 kq) turniri bürünc medalla yekunlaşdırıb. Yekunda gənclər komandamız birinciliyi 5-ci pillədə bitirib.

Böyüklərin çıxışını daha uğurlu hesab etmək olar. Aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc yazan idmançılarımız komanda hesabında 3-cü yeri tutublar. Gənclər arasında Avropa və dünya çempionu Məhəmməd Məmmədov (58 kq) bu turniri də qızılla yekunlaşdırıb. Digər qızılı isə Ceyhun Həsənli (+87 kq) qazanıb. Böyüklərdə yeganə gümüşü Günay Ağayeva (53 kq) öz boynunda asıb. Vüsal Məmmədov (54 kq) və Elvin Məmmədov (74 kq) bürünc medala sahib çıxıblar.