Taekvondoçularımızdan 4 medal
Taekvondo / 22 Fevral 2018 | 17:531096
Taekvondoçularımızdan 4 medal

Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurla çıxış ediblər. İki gün davam edən çempionatda taekvondoçularımız 4 medal qazanıblar. 58 kq çəki dərəcəsində çıxış edən Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlubiyyətə üzülən Məcid Sofiyevlə (54 kq) Məhəmməd Məmmədovun (68 kq) qazancı gümüş medal olub. Qadınların mübarizəsində qüvvəsini sınayan Mujgan Zadmohammad (57 kq) isə yarışı 3-cü pillədə başa vurub. 

Beləliklə, idmançılarımız 1 qızıl, 2 gümüş və 1 bürünc əldə ediblər.