Taekvondoçumuz İstanbulda qızıl medal qazandı
Taekvondo / 8 Fevral 2018 | 01:041248
Taekvondoçumuz İstanbulda qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının taekvondoçusu Cavad Ağeyev növbəti uğurunu qazanıb. İdmançımız Türkiyənin İstanbul şəhərində keçirilən klubların Avropa birinciliyində fərqlənib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev qonşu ölkədə 5 döyüş keçirib. Qazaxıstandan iki, Moldova, Bosniya və Herseqovina, Bolqarıstanın hərəsindən bir rəqiblə üz-üzə gələn taekvondoçumuz bütün rəqiblərinə böyük hesabla qalib gəlib. Ağayev yarışın qalibi kimi qızıl medala yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.