Türkiyədə bürünc medal
Taekvondo / 18 Fevral 2015 | 07:39542
Türkiyədə bürünc medal

Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə II “Turkish open” turnirinə yekun vurulub. 70 ölkədən 1200 idmançının qatıldığı G1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurla başa çatıb. “Turkish open”ə 46 taekvondoçu ilə qatılan yığmamız turnirdən 1 qızıl, 1 gümüş və 6 bürünc medalla ayrılıb.
3 gün davam edən yarışın mükafatçıları arasında “Qəbələ” İdman Klubunun da təmsilçisi yer alıb. Belə ki, Məhəmməd Məmmədov “Turkish open”i fəxri kürsüdə başa vurub. İdmançımız 58 kq çəki dərəcəsində uğurla çıxış edib. Vətənə bürünc mükafatla dönən taekvondoçumuz yarışda 3-cü yeri tutub.