Baxşəli vurdu, milli heç-heçə etdi
Xəbərlər / 28 Mart 2013 | 21:34466
Baxşəli vurdu, milli heç-heçə etdi

Latviya paytaxtı Riqada təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə ilk yoxlama oyununu keçirib. Latviya yığması ilə qarşılaşan təmsilçimiz matçdan 1:1-lik heç-heçə ilə ayrılıb. Görüşün 22-ci dəqiqəsində hesabı latviyalılar açsalar da, komandamız tezliklə hesabı bərabərləşdirib. 30-cu dəqiqədə "Qəbələ"nin üzvü Baxşəli Baxşəliyev dəqiq zərbə ilə rəqibi meydançanın mərkəzinə dəvət edib. Bu matçda vurulan son qol olub. Digər "Qəbələ" üzvləri Fərid Əsədli və Elvin Dəmirov da komandamızın əsas heyətində Latviyaya qarşı mübarizə aparıb.   
Xatırladaq ki, milli komandanın təlim-məşq toplanışı martın 31-dək davam edəcək. Yığmamız ikinci - son yoxlama oyununu martın 30-u yenidən Latviyaya qarşı keçirəcək.