«Qəbələ» finalda!!!
Xəbərlər / 1 May 2013 | 16:26295
«Qəbələ» finalda!!!

U-19 Liqasınln ilkin mərhələsini uğurla adlayan və yarımfinala vəsiqə qazanan "Qəbələ"nin 19 yaşa qədər futbolçulardan ibarət komandası finala çıxmaq uğrunda mübarizədə "Bakı" ilə cavab matçında üz-üzə gəlib. Xatırladaq ki, paytaxtda baş tutan ilk oyunda  qolsuz bərabərlik qeydə alınmışdı. Qəbələdə keçirilən cavab qarşılaşmasında isə meydan sahibləri ilk matçın əvəzini artıqlaması ilə çıxıblar. Oyun boyunca üstünlüyü əldən verməyən "qırmızı-qaralar" paytaxt təmsilçisini 4 dəfə meydançanın mərkəzinə dəvət edib. "Bakı" isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib - 4:1. "Qəbələ"ni finala daşıyan qollara Tərlan Əhmədov, Fərid Hacıyev, Ehtiram Şahverdiyev və Sirac Quliyev imza atıb. Yarımfinalda mübarizə aparan digər cütlükdən "Qarabağ" finala vəsiqə qazanıb. Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə "Neftçi"ni 9:1 hesabilə məğlub edib.
Beləliklə, "Qəbələ" ilk dəfə keçirilən U-19 Liqasının çempionluğu uğrunda finalda "Qarabağ"la qarşılaşacaq.