Boksçularımızdan 4 medal
Boks / 17 Mart 2017 | 22:13587
Boksçularımızdan 4 medal

Bakıda boks üzrə “Böyük İpəkyolu” beynəlxalq turniri keçirilib. Martın 13-17-də baş tutan yarışda “Qəbələ” İdman Klubunun üzvləri də uğurla çıxış edib. Boksçularımızdan 4-ü fəxri kürsüyə qalxıb. Sərxan Əliyev 60 kq, Rauf Rəhimov 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olublar. Tamerlan Abdullayevlə (69 kq) Kamran Şahsuvarlı (75 kq) isə yarımfinalda uduzduğundan bürünc medal əldə ediblər.