Boksçumuz Rusiyadan qızılla dönür
Boks / 27 Aprel 2013 | 15:01959
Boksçumuz Rusiyadan qızılla dönür

"Qəbələ" boksçusu Məhəmmədəli Tahirov klubun bu idman növü üzrə uğurlarına daha bir qələbə əlavə edib. Rusiyanın Ulyanovsk şəhərində keçirilən gənclər arasında XIV ənənəvi beynəlxalq turnirdə çıxış edən Tahirov ağır çəkidə turnirin qızıl medalına sahib çıxıb. 
Xatırladaq ki, turnirdə 1991-1996-cı il təvəllüdlü boksçular bütün çəki dərəcələri üzrə mübarizə aparıblar.