Lorenzo Sotomayordan ikinci qələbə
Boks / 14 Avqust 2016 | 23:13703
Lorenzo Sotomayordan ikinci qələbə

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilib. “Qəbələ” İdman Klubunun və Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor 1/8 final qarşılaşmasına çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz fransalı Hassan Amzillə görüşüb. 1/16 finalda ukraynalı Vladimir Matviyçuku 3:0 hesabı ilə məğlub edən Sotomayor bu dəfə də rinqdən qalib kimi ayrılıb. Lorenzo fransalı rəqibini 2:1 (30:27, 28:29, 30:27) hesabı ilə üstələyib. Bu qələbə ilə 1/4 finala yüksələn idmançımızın növbəti rəqibi kubalı Yasnir Toledo olacaq. Yarımfinala vəsiqə uğrunda qarşılaşma avqustun 17-də baş tutacaq.
Xatırladaq ki, daha bir boksçumuz Kamran Şahsuvarlı (75 kq) da 1/4 finalda mübarizə aparacaq.