«Qəbələ» boksçusu Olimpiya Oyunlarının bürünc mükafatını qazandı
Boks / 18 Avqust 2016 | 18:201048
«Qəbələ» boksçusu Olimpiya Oyunlarının bürünc mükafatını qazandı

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilib. “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının üzvü Kamran Şahsuvarlının çıxış etdiyi 75 kq çəki dərəcəsində yarımfinal mərhələsi baş tutub. Təmsilçimizin yarımfinaldakı rəqibi Kuba boksçusu Arlen Lopez olub. Şahsuvarlı bu döyüşdə 0:3 (28:29, 27:30, 27:30) hesabı ilə məğlub olub. Bununla da Rio-2016-da mübarizəni dayandıran boksçumuz Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.
Xatırladaq ki, Kamran 1/16 finalda çinli Zao Minqqanq, 1/8 finalda rusiyalı Artyom Çebotaryov, 1/4 finalda qazaxıstanlı Janibek Alimxanulı üzərində qələbə qazanıb.