«Qəbələ» «Fənərbaxça»ya qarşı
Boks / 10 İyul 2013 | 14:41628
«Qəbələ» «Fənərbaxça»ya qarşı

Təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan "Qəbələ" İdman Klubu daha bir layihə reallaşdırmağa hazırlaşır. Qəbələ şəhəri 15 yaşa qədər futbolçular arasında keçirilən beynəlxalq II Qəbələ Kubokunun ardından möhtəşəm boks matçına ev sahibliyi edəcək - Qəbələdə ilk dəfə olaraq "Qəbələ" və Türkiyənin "Fənərbaxça" boks komandaları üz-üzə gələcək. Komandalar aşağıdakı çəki dərəcələrində münasibətlərini aydınlaşdıracaqlar:

52 kq: Rüstəm Musayev - Muhammed Ünlü
60 kq: Ruslan Alıyev - Volkan Gökçek
69 kq: Hidayət Musayev - Hakan Kaynar
69 kq: Şahin Həsənov - Yakup Şener
75 kq: Ramil Əhmədov - Osman Aydın
75 kq: Eldar Quliyev - Önder Şipal
81 kq: Ruhin Şabanov - Avni Yıldırım
91 kq: Rahil Məmmədli - Seyda Keser

Matç iyunun 7-i saat 21:00-da Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq. Qarşılaşmalar İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.