«Qəbələ»nin daha bir boksçusu olimpiya medalını təmin etdi
Boks / 16 Avqust 2016 | 22:20547
«Qəbələ»nin daha bir boksçusu olimpiya medalını təmin etdi

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilib. 64 kq çəki dərəcəsində çıxış edən “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının üzvü Lorenzo Sotomayor 1/4 final döyüşündə qüvvəsini sınayıb. Boksçumuz Kuba təmsilçisi Yasnier Toledo ilə görüşüb. Lorenzo Rio-2016-da ardıcıl 3-cü qələbəsini qazanıb – 3:0 (30:27, 30:27, 30:27). Bu qələbə ilə yarımfinala vəsiqə qazanan boksçumuz Olimpiya Oyunlarının mükafatlarından birini təmin edib. Bu, həm Azərbaycan boks yığmasının, həm də “Qəbələ”nin Rio-2016-də təmin olunan 2-ci medalıdır. Sotomayora qədər 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı da yarımfinala yüksəlmişdi. Sotomayor yarımfinal döyüşünü avqustun 19-da keçirəcək.