13 oyunda 9 qələbə
Xəbərlər / 7 Dekabr 2016 | 20:53527
13 oyunda 9 qələbə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub. “Qəbələ” futbol akademiyasının komandaları 13 matç keçirib. Təmsilçilərimiz bu görüşlərin 9-da qalib gəlib, 2 heç-heçə edib və 2 dəfə uduzub.
U-19 “Şərurspor”la ev oyununda 3:0 hesabı ilə qalib gəlib. 11 turdan sonra hesabında 25 xal olan “Qəbələ” 4-cü pillədə qərarlaşıb. U-17 “Səbail”lə ev oyununda 5:0 hesabı ilə qalib gəlib. 10 matçda 23 xal toplayan komandamız 3-cü pillədə yer alıb. U-15 mövsümdə ilk xal itkisi ilə üzləşib. Ardıcıl 8 qələbədən sonra “Neftçi” ilə qolsuz heç-heçə edən “qırmızı-qaralar” 9 oyundan sonra 25 xalla yarışın lideridir.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Zirə”yə 1:0 hesabı ilə qalib gələnU-14 komandamız 11 oyundan 27 xalla 3-cüdür. “Neftçi” PFK ilə 2:2 hesablı heç-heçə edən U-13-ün aktivində 11 oyundan sonra 20 xal var. Komandamız 5-cı yerdə qərarlaşıb.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klubumuz bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Daşqın”la matçda 2, UGİM Qaxın UGİM-i ilə görüşdə 1 cavabsız qolla qələbə qazanıb. 10 turdan sonra “Qəbələ” 30 xalla 1-ci, UGİM 25 xalla 3-cüdür. U-11 Liqasında “Qəbələ” və UGİM üz-üzə gəliblər. Klubumuzun eyniadlı komandası 8:3 hesablı qələbə qazanıb. 10 turdan sonra “Qəbələ” 30 xalla 1-ci, UGİM 27 xalla 2-cidir. U-10 Liqasında təmsilçilərimizdən “Qəbələ” “Viktoriya”ya 27:0 hesabı ilə qalib gəlib. UGİM isə “Kürmük”ü 5 cavabsız qolla keçib. Gİİ Yevlax UGİM-inə uduzub – 4:5. 10 turdan sonra “Qəbələ” 30 xalla 1-ci, Gİİ 21 xalla 4-cü, UGİM 19 xalla 5-cıdır.
Qızların yüksək liqa yarışının IX turunda “Sumqayıt”la görüşən “Qəbələ” 2:0 hesabı ilə qələbə qazanıb. 8 matçda 19 xal toplayan komandamız 1-ci pillədə qərarlaşıb.