Eldəniz Süleymanovun son oyunu - U-17 məşqçisini qələbə ilə yola saldı - Video
Xəbərlər / 8 Noyabr 2012 | 12:29476
Eldəniz Süleymanovun son oyunu - U-17 məşqçisini qələbə ilə yola saldı - Video

5 noyabr 2012-ci il tarixi "Qəbələ" Futbol Klubu və Azərbaycan futbolu üçün böyük itki ilə yadda qaldı. "Qəbələ"nin U-17 komandasının məşqçisi, gənc mütəxəssis Eldəniz Süleymanov iş başında - "Bakı" - "Qəbələ" matçında səhhətində yaranan problemdən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı. Qəfil ölüm Süleymanovu bizdən ayırdı. Hadisə anında "Bakı" - "Qəbələ" matçı davam edirdi. Süleymanov əcələ yenik düşsə də, komandası qalib gəlməyi bacardı - 3:2. Çempionatın startından bu yana bütün oyunlarda - 4 tur ardıcıl qələbə qazanaraq ilk pillədə qərarlaşan U-17 məşqçisini qələbə ilə yola saldı.