«Laranya Mekanika Beynəlxalq Kuboku»nda 3-cü tura doğru
Xəbərlər / 18 Dekabr 2013 | 22:41304
«Laranya Mekanika Beynəlxalq Kuboku»nda 3-cü tura doğru

Braziliyanın Araponqas şəhərində keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yarış çərçivəsində iki matçı arxada qoyub. Qrup mərhələsinin ilk oyununda "Laranya Mekanika" ilə qarşılaşan "qırmızı-qaralar" 0:3 hesabilə məğlub olublar. İkinci oyunda "Qəbələ" Braziliyanın ən güclü akademiyalarından birinə sahib olan "Palmeyras"ın U-17 komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç Braziliya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyun boyu "qırmızı-qaralar" bir neçə təhlükəli qol epizodu yaratmağa müəssər olsalar da, bu şanslardan yararlana bilməyiblər. Təmsilçimiz matçın son 20 dəqiqəsini azlıqda keçirməli olub. Qarşılaşmanın 70-ci dəqiqəsində Emin Zamanov qırmızı vərəqə ilə cəzalandırılıb. 
"Qəbələ" qrup mərhələsinin son oyununda dekabrın 19-u Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" kollektivi ilə üz-üzə gələcək.