«Qəbələ»nin 7 futbolçusu Azərbaycan yığmasında
Xəbərlər / 6 Mart 2017 | 21:21454
«Qəbələ»nin 7 futbolçusu Azərbaycan yığmasında

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Martın 8-dən təlim-məşq toplanışına start verəcək yığmaya “Qəbələ”nin 7 futbolçusu dəvət olunub. Bunlar Vüsal Şabanov, Veysəl Rzayev, Nemət Şıxəmirov, Rauf Məhərrəmov, Samir Məhərrəmli, Nazim Həsənzadə və Rüfət Əhmədovdur. Oyunçularımızın da qatılacağı hazırlıq prosesi martın 14-dək davam edəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq.