“Qəbələ” “Riga Open Cup”a qələbə ilə başladı
Xəbərlər / 15 Yanvar 2012 | 20:00672
“Qəbələ” “Riga Open Cup”a qələbə ilə başladı

Daha öncə “Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandasının 16-18 yanvar tarixlərində “Riga Open Cup 2012”də iştirak edəcəyi barədə xəbər vermişdik. Bu gün turnirdə ilk oyununa çıxan təmsilçimiz “Ventspils” (Latviya) üzərində inamlı qələbə qazanıb - 3:1. Komandamıza 3 xalı gətirən qolları Murad Qayalı, Fərid Nəbiyev və İlkin Abdullayev aktivlərinə yazıblar. Günün ikinci qarşılaşmasında isə “Qəbələ” “Dinamo Riga” (Latviya) ilə münasibətlərini aydınlaşdırıb. Sözügedən matç 0:0 hesabı ilə yekunlaşıb. Bu nəticələrdən sonra “Qəbələ” ilk oyun gününü lider kimi tamamlayıb. Yanvarın 17-də komandamız “Yelqava” və “Super Nova” (hər ikisi Latviya) klubları ilə üz-üzə gələcək.

Xatırladaq ki, Latviyaya güclü qar yağdığı üçün bəzi komandalar paytaxt Riqaya gələ bilməyiblər. Bu səbəbdən 13 yaşlılar arası turnir 6 komandanın – “Qəbələ”, “Ventspils”, “Riga FC”, “Dinamo Riga”, “Yelqava” və “Super Nova” iştirakı ilə keçirilir. Qalibi müəyyənləşdirmək üçün bütün komandalar üz-üzə gələcəklər.