Qələbəyə gedən yol “Qəbələ”dən başlayır!!!
Xəbərlər / 23 May 2012 | 13:17578
Qələbəyə gedən yol “Qəbələ”dən başlayır!!!

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir. Seçimlər Qəbələ şəhər stadionunda 12-17 iyun tarixlərində 1996 - 2002-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63

Seçim tarixləri:

Qəbələ Şəhər Stadionu
12 iyun – 1996, 1997-ci il təvəllüdlü futbolçular
13 iyun – 1998, 1999-cu il təvəllüdlü futbolçular
14 iyun – Final seçimləri
15-16 iyun -  2000, 2001, 2002-ci il təvəllüdlü futbolçular
17 iyun – Final seçimləri

Seçimlər hər gün saat 10:00-da başlayacaq. 

18-23 iyun tarixlərində isə Qəbələ şəhəri üzrə 2000, 2001, 2002, 2003 və 2004 təvəllüdlü futbolçuların seçimləri baş tutacaq. Akademiyaya seçilmək istəyən Qəbələ sakinləri də eyni şərtlərlə qeydiyyatdan keçərək seçimlərə qatılmalıdırlar.

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!