U-13-dən ardıcıl 6-cı qələbə
Xəbərlər / 8 Noyabr 2017 | 23:25412
U-13-dən ardıcıl 6-cı qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar. Gənclər Liqasında mübarizə aparan U-19 komandamız VI turda səfərdə “Kəpəz”i 6:0, VII turda isə evdə “Zirə”ni 6:2 hesabı ilə məğlub edib. 6 oyundan sonra 18 xal toplayan “qırmızı-qaralar” yarışın vahid lideridir. “Qəbələ” U-17 Liqasında “Sumqayıt”ın qonağı olub. 4:1 hesablı qələbə qazanan komandamız 9 oyundan sonra 23 xalla 1-ci pillədə qərarlaşıb. “Vətən”in qonağı olan U-16 da qələbə qazanıb – 2:1. 7 oyunda 19 xal toplayan “Qəbələ” yarışın vahid lideridir. U-15 öz meydanında “Keşlə” üzərində böyükhesablı qələbə əldə edib – 5:1. 7 görüşdə 19 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. 

Paytaxt zonasında çıxış edən U-14 “Keşlə”ni 1:0 hesabı ilə yenib. 5 oyunda 13 xala malik komandamız 4-cü pillədə qərarlaşıb. U-13 isə “Neftçi” İK İB-ə qalib gəlib – 3:1. Ardıcıl 6-cı qələbəsini qazanan “qırmızı-qaralar” 18 xalla zirvədə qərarlaşıb. Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız VIII turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” İsmayıllı UGİM-ini 6:1, UGİM isə Yevlax UGİM-ini 7:0 hesabı ilə məğlub edib. 8 turdan sonra ilk iki pillədə qərarlaşan təmsilçilərimizin hərəsinin 21 xalı var. U-11 Liqasında da UGİM Yevlaxın UGİM komandasını 7:1 hesabı ilə üstələyib. 7 oyundan 21 xal toplayan “Qəbələ” 1-ci, 8 qarşılaşmada 15 xal qazanan UGİM 3-cüdür. ibarətdir. U-10 Liqasındakı üç komandamızdan ikisi meydana çıxıb və qələbə qazanıb. UGİM Ağdaş UGİM-ini 8:1, Gİİ Yevlax UGİM-ini 6:2 hesabı ilə yenib. 6 görüşdə 18 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 7 matçda 12 xal toplayan UGİM-lə Gİİ 3-4-cü yerləri bölüşür. Qızlardan ibarət komandamız Yüksək liqada ardıcıl 3-cü qələbəsini qazanıb və liderlər qrupunda yer alıb. “Veqa” üzərində 3:1, “Gənclik”lə matçda 3:0 hesabı ilə qalib gələn komandamız “Zaqatala”nı 6 cavabsız qolla məğlub edib. 9 xala malik “qırmızı-qaralar” top fərqinə görə 2-cidir.