U-15 «Panatinaikos», U-16 «İnter»lə qarşılaşacaq
Xəbərlər / 18 Aprel 2017 | 23:49235
U-15 «Panatinaikos», U-16 «İnter»lə qarşılaşacaq

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcək. Akademiyamızın U-16 və U-15 komandaları növbəti sınaqlarına fərqli məkanlarda çıxacaq. U-15 Yunanıstanın paytaxtı Afinada “Elit Neon Cup”da mübarizə aparacaq. Aprelin 20-23-də keçiriləcək turnirdə 17 komanda 4 qrupda çıxış edəcək. İlk iki yer sahibinin 1/4 finala yüksələcəyi yarışda “Qəbələ” “Apollon” (Yunanıstan), “Partizan” (Serbiya) və “Panatinaikos”la (Yunanıstan) birlikdə B qrupunda mübarizə aparacaq. Famil Xəlilovun baş məşqçisi olduğu komanda Yunanıstana 18 futbolçu ilə yollanır: 

Vüsal Şabanov, Müşfiq Nadirov, Rüfət Əhmədov, Samir Məhərrəmli, Mahir Həsənov, Zeynəddin Əbdürəhmanov, Samir Paşayev, Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Nazim Həsənzadə, Veysəl Rzayev, Emil Səfərov, Əli Abdullayev, Rauf Məhərrəmov, Firudin Həşimov, Aqil Nəsibov, Taleh Fərmanov, Çingiz Məmmədov. 

“Qırmızı-qaralar” aprelin 21-də “Apollon” və “Partizan”la, ertəsi gün “Panatinaikos”la görüşəcək. Həlledici mərhələnin oyunları ayın 22-23-də baş tutacaq.

U-16 komandamız isə Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq Vitali Dareseliya turnirində qüvvəsini sınayacaq. Aprelin 20-25-də keçiriləcək yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq. “Qəbələ” A qrupunda İtaliya “İnter”i, Tiflis “Dinamo”su və Belçika “Gent”i ilə qarşılaşacaq. 

Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanır: 

İdris İnqilablı, Salman Ələsgərov, Samir Qurbanov, Nicat Oruclu, Əlvan Abasov, Taleh Hacızadə, Elmir Tağıyev, Təbriz isazadə, Rüstəm Nuruyev, Cavidan Rəhimli, Xəyal Muradov, Əli Mürsəlov, Əmrah Zülfüqarlı, Elməddin Sultanov, Fərid Nadirov, İbrahim Camalov, Nicat Əliyev, Məhəmməd Məhərrəmov. 

“Qırmızı-qaralar” ayın 20-də italiyalılarla, ertəsi gün meydan sahibləriylə, 22-də isə belçikalılarla görüşəcək. Aprelin 24-də yarımfinal, turnirin son günü final matçları keçiriləcək.