U-16 səfərdən 3 xalla dönür
Xəbərlər / 24 Fevral 2017 | 20:26512
U-16 səfərdən 3 xalla dönür

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda aktivinə qələbə əlavə edib. U-19 öz meydanında “Vətən”lə qarşılaşıb. Komandamız bu matçda 3:1 hesabı ilə qələbə qazanıb. 21 oyunda 47 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb. 
Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” “Sumqayıt”la üz-üzə gəlib. Futbolçularımız ev matçında 3:1 hesablı qələbə ilə 3 xal qazanıb. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan komandamız turnir cədvəlinin lideridir. 
U-16 səfərdə “Kəpəz”lə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 6 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 16 matçdan sonra 34 xala malik komandamız 2-ci yerdədir. “Zirə” ilə matçı təxirə salınan U-15 isə 14 oyundan sonra 40 xalla yarışın vahid lideridir.
Qızlardan ibarət komandamız isə yüksək liqada “Sumqayıt”a qalib gəlib – 4:3. 9 oyunda 22 xal yığan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.