U-16 və U-15 liderliyə yüksəldi
Xəbərlər / 11 Mart 2017 | 00:28226
U-16 və U-15 liderliyə yüksəldi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb.  U-19 evdə “Sumqayıt”la qarşılaşıb. Komandamız bu matçda 2:0 hesabı ilə qələbə qazanıb. 23 oyunda 53 xal toplayan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb. Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” səfərdə “Vətən”ə məğlub olub – 1:2. 18 qarşılaşmadan sonra hesabında 44 xalı olan komandamız 4-cü pillədədir. U-16 evdə “İnter”lə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 3:1 hesablı qələbə əldə edib. 18 matçdan sonra 40 xala malik komandamız 1-ci pilləyə yüksəlib. Rəqib meydanında “Vətən”in qapısından 3 cavabsız top keçirən U-15 də liderdir. “Qırmızı-qaralar” 17 oyundan sonra 47 xala malikdir.
Paytaxt zonasında çıxış edən U-14 “Neftçi” və “Qarabağ”la oyunların hər ikisində 0:1 hesabı ilə uduzub. 14 matçda 28 xal toplayan komandamız 4-cü sırada yer alıb. U-13 “Zirə”ni 5, “Rəvan”ı 1 qolla yenib. 14 qarşılaşmadasn sonra hesabında 29 xal olan “Qəbələ” 4-cüdür.
U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən komandalarımız növbəti oyunlarını keçirib. “Qəbələ” Qax UGİM-ini məğlub edib – 7:0. UGİM isə “Daşqın”a uduzub – 0:3. 15 turdan sonra “qırmızı-qaralar” 45 xalla 1-ci, “məktəblilər” 30 xalla 3-cüdür. Eyni zonada çıxış edən U-11-lərin yarışında təmsilçilərimiz üz-üzə gəlib. “Qəbələ” UGİM-i 10:2 hesabı ilə yenib. 15 turdan sonra “Qəbələ” 45 xalla 1-ci, UGİM 39 xalla 2-cidir. U-10 Liqasının eyni zonasında “Qəbələ” Qax UGİM-ini 11:0, Gİİ “Daşqın”ı 8:0 hesabı ilə yenib. 14 oyun keçirən “Qəbələ” 40 xalla 1-ci, Gİİ 33 xalla 3-cü, 13 matçdan sonra 22 xala malik UGİM 8-ci yerdə qərarlaşıb.