U-19 altı qolla zirvədə
Xəbərlər / 15 Dekabr 2016 | 21:33449
U-19 altı qolla zirvədə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub. “Qəbələ” futbol akademiyasının komandaları 13 oyunda qüvvəsini sınayıb. 10 qələbə qazanan təmsilçilərimiz 1 heç-heçə edib və 2 dəfə uduzub. 
U-19 əvvəl “Sumqayıt”ı 2:0, ardınca “Neftçi” İK İB-i 6:0 hesabı ilə məğlub edib. İki ev qələbəsindən sonra xal hesabını 31-ə çatdıran “Qəbələ” turnir cədvəlinin zirvəsinə yüksəlib. Ev oyununda AZAL-ı sınağa çəkən U-16 8 cavabsız qolla qalib gəlib. 9 oyunda 19 xal qazanan komandamız 4-cü pillədə qərarlaşıb. U-15 “İnter”lə səfər matçında qələbə qazanıb – 2:1. “Qırmızı-qaralar” 10 oyundan sonra 28 xalla yarışın lideridir.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Təhsil” FM-ə 0:1 hesabı ilə uduzan U-14 komandamız 12 oyundan 27 xalla 3-cüdür. “Neftçi” İK İB-ə 1:0 hesabı ilə qalib gələn U-13-ün aktivində 12 oyundan sonra 23 xal var. Komandamız 4-cü yerdə qərarlaşıb.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klubumuz bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Şorsu-2” üzərində qələbə qazanıb – 9:0. UGİM Qaxın “Kürmük”ü ilə bərabərə qalıb – 0:0. 11 turdan sonra “Qəbələ” 33 xalla 1-ci, UGİM 26 xalla 3-cüdür. U-11 Liqasında “Qəbələ” “Daşqın”a 4:0, UGİM Qax UGİM-inə 4:1 hesabı ilə qalib gəlib. 11 turdan sonra “Qəbələ” 33 xalla 1-ci, UGİM 30 xalla 2-cidir. 3 komanda ilə təmsil olunduğumuz U-10 Liqasında “Qəbələ” “Lokomotiv”i 18:0, Gİİ Oğuz UGİM-ini 3:1 hesabı ilə üstələyib. UGİM Yevlax UGİM-inə uduzub – 2:5. 11 turdan sonra “Qəbələ” 33 xalla 1-ci, Gİİ 24 xalla 4-cü, UGİM 19 xalla 5-cıdır.