U-19-dan 7 cavabsız qol
Xəbərlər / 26 Yanvar 2017 | 22:45507
U-19-dan 7 cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları 2017-ci ilə start verib. Təmsilçilərimiz AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda mövsümün ikinci yarısında ilk oyunlarını keçirib. U-19 və U-16 öz liqalarında ilə fərqli başlayıb. 
U-19 “Turan”la ev oyununda böyükhesablı qələbə qazanıb – 7:0. 16 oyunda 40 xal toplayan komandamız 2-ci pillədə yer alıb. “Qırmızı-qaralar” liderdən 1 xal geri qalır. “Vətən”in qonağı olan U-16 səfərdən xalsız dönüb – 1:2. 12 turdan sonra hesabında 22 xal olan “Qəbələ” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.