U-19 qələbə qazandı, iki komandamız yarımfinalda
Xəbərlər / 27 Aprel 2017 | 22:05325
U-19 qələbə qazandı, iki komandamız yarımfinalda

“Qəbələ”nin aşağı yaş qruplarından olan komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlarını keçirib. Səfərdə “Neftçi” ilə qarşılaşan U-19 gərgin keçən matçda 2:1 hesablı qələbə qazanıb. 29 matçdan sonra 71 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. U-17 isə mövsümdə son oyununu keçirib. “Qəbələ” səfərdə “Xəzər Lənkəran” üzərində böyükhesablı qələbə qazanıb – 5:1. 24 turda 55 xal toplayan komandamız çempionatı 4-cü pillədə başa vurub. 

U-13 1/4 finalda “İnter”lə üz-üzə gəlib. Evdə 1:0 hesabı ilə qalib gələn “Qəbələ” səfərdəki 1:1 hesablı bərabərliklə yarımfinala yüksəlib. U-12 Liqasında 1/8 final mərhələsi başa çatıb. İki komandamızdan biri mərhələ adlayıb. “Qəbələ” Sumqayıt təmsilçisi “Təhsil” RİM-ə hər iki oyunda qalib gəlib – 2:0, 3:2. UGİM isə “Mil-Muğan”a penaltilər seriyasında uduzub – 1:2, 2:1, pen.2:3. U-11 Salyan “Muğan”ı ilə 1/8 finalın cavab oyununda 5:1 hesabı ilə qələbə qazanıb. İlk oyunda 14 cavabsız qol vuran “qırmızı-qaralar” 1/4 finala yüksəlib. Bu mərhələnin “Ağsu” ilə ilk oyununu səfərdə keçirən komandamız qələbə qazanıb – 3:1. U-10 1/4 finalda “Sumqayıt”ı mübarizədən kənarlaşdırıb – 4:0, 3:0. Qızlar arasında Yüksək liqa yarışlarında “Qəbələ” “Fidan”a 3:0 hesabı ilə qalib gəlib. 16 matçda 43 xal toplayan komandamız yarışın vahid lideridir.