5-8-ci yerlərin sahibləri müəyyənləşdi
Xəbərlər / 3 İyun 2012 | 05:52365
5-8-ci yerlərin sahibləri müəyyənləşdi

I Qəbələ Kuboku artıq finişə yaxınlaşır. Son oyun gününün açılış matçlarında "Qəbələ"-"Vilyarreal" 5-6-cı yerlərin sahibini, "Qarabağ"-"Feyenoord" isə 7-8-ci yerlərin sahibini müəyyənləşdirmək üçün qarşılaşdılar. "Qəbələ" ispanlarla ilk hissədə başabaş mübarizə aparsa da, ikinci hissədə qonaqlara müqavimət göstərə bilmədi və 1:4 hesabilə məğlub olaraq turniri 6-cı yerdə yekunlaşdırdı. "Qarabağ" "Feyenoord"a 5:0 hesabilə yenilməklə turniri sonuncu - 8-ci yerdə tamamladı. 

5-ci yer uğrunda oyun - "Qəbələ"-"Vilyarreal" 1:4
7-ci yer uğrunda oyun - "Qarabağ"-"Feyenoord" 0:5