5 futbolçumuz Azərbaycan millisində
Xəbərlər / 17 Mart 2017 | 20:50326
5 futbolçumuz Azərbaycan millisində

Azərbaycan milli komandasının heyəti açıqlanıb. DÇ 2018-in seçmə mərhələsinin Martın 26-da Almaniya ilə keçiriləcək oyunu üçün yığmaya 23 futbolçu dəvət alıb. Baş məşqçi Robert Prosineçkinin açıqladığı siyahıda “Qəbələ”nin 5 futbolçusu yer alıb. Bunlar müdafiəçilər Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov, yarımmüdafiəçilər Araz Abdullayev, Cavid Hüseynov və hücumçu Ruslan Qurbanovdur. Təlim-məşq toplanışına martın 20-də start verəcək komandamız Almaniya ilə oyununu Bakıda keçirəcək. Cavid 47, Araz 21, Ruslan 16, Məhəmməd 14, Ürfan 2 oyun keçirib. Hüseynovun yığmada 2, Ruslanın və Arazın hərəsinin 1 qolu var.
Xatırladaq ki, “Qəbələ”nin legioneri Sergey Zenyov da Estoniya yığmasına çağırılıb. O, martın 25-də Kipr və 28-də Xorvatiya ilə matçlarda oynamaq imkanı qazanacaq.