Anar Nəzirov yenidən «Qəbələ»də
Xəbərlər / 19 İyun 2012 | 18:33411
Anar Nəzirov yenidən «Qəbələ»də

“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Rəşad Abdullayev və Şəhriyar Xəlilovu rənglərinə bağlayan komandamız bu dəfə qapı xəttini gücləndirib. 2010-2011 mövsümünü “Qəbələ”də keçirən, arxada qoyduğumuz futbol ilində isə “Turan”ın qapısını qoruyan milli komandamızın üzvü Anar Nəzirov “Qəbələ” ilə birillik müqavilə imzalayıb. 


Dosye

Anar Nəzirov
Amplua: Qapıçı
Doğulduğu tarix: 08.09.1985
Doğulduğu yer: Azərbaycan
Vətəndaşlığı: Azərbaycan
Oynadığı klublar: “Gəncə” (2005-2006), “Turan” (2007-2008), “Neftçi” (2008-2009), “Standard” (2009-2010), “Qəbələ” (2010-2011), “Turan” (2011-2012)
Boyu: 1,79 m
Çəkisi: 71 kg