Antalya gündəliyi - 21.01.2017
Xəbərlər / 21 Yanvar 2017 | 22:23340
Antalya gündəliyi - 21.01.2017

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 11-ci gününü yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri bu gün iki hazırlıq keçib. “Qırmızı-qaralar” günün ilk yarısında nəzəri məşğələ keçiblər. Günün ikinci hissəsində baş tutan məşq prosesində isə komandamız toplu çalışmalarla hazırlıq keçib. Zədədən sonra bir müddət bərpa prosesi keçən Baqali Dabo komanda ilə birlikdə məşq edib. Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev isə fərdi hazırlıqla kifayətlənib.