Antalyada ilk heç-heçə
Xəbərlər / 19 Yanvar 2017 | 20:52366
Antalyada ilk heç-heçə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün üçüncü yoxlama oyununu keçirib. Bunadək Albaniyanın “Partizani” (1:2) və Rumıniyanın “Qaz Metan” (1:0) klubları ilə üz-üzə gələn “qırmızı-qaralar” Qazaxıstanın “Ordabası” komandası qarşılaşıb. Ötən mövsüm ölkə çempionatını 4-cü pillədə başa vuran komanda ilə qarşılaşmada əsasən ilk iki görüşdə az şans qazananlar meydana çıxıb. Roman Qriqorçuk “Ordabası” ilə oyunun start heyətində aşağıdakı “11-liy”ə güvənib: David Pietrzkieviç, Tellur Mütəllimov, Voislav Stankoviç, Rafael Santos, Rəşad Eyubov, Teo Viks, Cavid Hüseynov, Asif Məmmədov, Araz Abdullayev, Roman Hüseynov, Ramazan İsayev. 
“Qırmızı-qaralar” matça fəal başlayıb. Qarşılaşmanın əvvəlində Araz Abdullayev, Roman Hüseynov və Asif Məmmədovun zərbələri yaddaqalan olub. Qazaxıstan klubu ilə fasiləyədək yalnız bir dəfə Pietrzkieviçi ciddi narahat edib. Polşalı rəqibin zərbəsini dəf edib. Komandamız buna Tellur Mütəllimovla Arazın yaddaqalan zərbələri ilə cavab verib.
Oyunun gedişində gənc futbolçular Rövlan Muradov, Ülvi İbazadə və Hacıağa Hacıyev də oyuna daxil olublar. İkinci yarıda Cavid Hüseynov uzaqdan qapını nişan alsa da, zərbədə az dəqiqlik çatmayıb. 65-ci dəqiqədə “Ordabası” penalti şansı qazanıb. Lakin Pietrzkieviç Qeynrixin zərbəsini dəf edib. Matçın sonudnadək “Qəbələ” bir neçə dəfə fərqlənməyə yaxın olub. Lakin hücuma qoşulan mərkəz müdafiəçiləri Voislav Srankoviç və Rafael Santosun, həmçinin uzaqdan çərçivəyə düşməyə cəhd edən Cavidin hesabı açmasına rəqib mane olub.
Beləliklə, “Qəbələ” – “Ordabası” oyunu 0:0 hesabı ilə başa çatıb.