Azərbaycan kubokunun püşkü atıldı
Xəbərlər / 6 Oktyabr 2017 | 14:09364
Azərbaycan kubokunun püşkü atıldı

2017/2018 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə, “Qəbələ” Azərbaycan kubokunda ilk oyununu 1/8 final mərhələsi çərçivəsində noyabrın 29-da keçirəcək. “Qırmızı-qaralar” bu mərhələdə “Ağsu” - “Mil-Muğan” cütünün qalibi ilə görüşəcək. Bu komandalar oktyabrın 11-də üz-üzə gələcək. “Qəbələ” 1/8 final mərhələsinin oyununda ev sahibi olacaq.
Yeni mövsümdə 18 klub sözügedən turnirdə qüvvəsini sınayacaq. Topaz Premyer Liqası və I divizionun bütün komandaları kubok yarışında qüvvəsini sınayacaqlar. Bunlar “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Şüvəlan”, “Qaradağ Lökbatan”, MOİK, “Zaqatala”, “Turan Tovuz”, “Ağsu”, “Sabah”, “Mil-Muğan”, “Binə” və “Xəzər”dir.

Sizləri püşkatmanın nəticələri ilə tanış edirik:

Azərbaycan kuboku

1/16 final (11 oktyabr)

1. “Ağsu” - “Mil-Muğan”

2. MOİK - “Turan Tovuz” 

 

1/8 final (29 noyabr)

3. “Qəbələ” – 1-ci cütün qalibi

4. “Şüvəlan” - “Səbail”

5. “Zirə” - “Xəzər”

6. “Neftçi” - “Zaqatala”

7. 2-ci cütün qalıbi - “İnter”

8. “Kəpəz” - “Binə”

9. “Qarabağ” -  “Qaradağ Lökbatan”

10. “Sumqayıt” - “Sabah”