«Barselona»lı məşqçilər yenidən Qəbələdə
Xəbərlər / 2 May 2012 | 08:26324
«Barselona»lı məşqçilər yenidən Qəbələdə

“Qəbələ” – “Barselona” əməkdaşlığı çərçivəsində ötən ilin dekabrında Qəbələdə olan ispaniyalı məşqçilər heyəti yenidən ölkəmizə gəlir. “Barselona”nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla və Karles Mortarellin iştirakı ilə baş tutacaq səfər  zamanı barselonalı mütəxəssislər yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar. Bundan əlavə akademiya məşqçilərinə nəzəri və praktiki məşğələlər keçiriləcək. Eyni zamanda növbəti mövsüm görülməsi planlaşdırılan işlər də müzakirə ediləcək.  Xatırladaq ki, mayın 2-i axşam saatlarında ölkəmizə gələcək mütəxəssislərin səfəri ayın 11-nə kimi davam edəcək.