“Coca-Cola Məktəbli Kuboku” start götürür
Xəbərlər / 28 Fevral 2012 | 20:001334
“Coca-Cola Məktəbli Kuboku” start götürür

"Qəbələ" FK Futbolun Kütləviləşdirilməsi Departamenti və AFFA mart ayının 1-də Qəbələ rayonu üzrə məktəblərarası “Coca-Cola Məktəbli Kuboku” turnirinə start verir. Xatırladaq ki, bu turnir "Qəbələ" FK FKD və AFFA-nın birgə təşkilatçılığı ilə keçirilən ikinci belə turnirdir. İlk turnirdən fərqli olaraq bu turnirdə Qəbələ rayonu üzrə qalib gəlmiş məktəb komandası növbəti mərhələdə Qəbələ rayonunu Azərbaycan üzrə təmsil edəcək.  Turnirdə Qəbələ rayonunda yerləşən 25 məktəb iştirak edəcək:

1. Qəbələ şəhər 1 saylı orta məktəb
2. Qəbələ şəhər 2 saylı orta məktəb
3. Qəbələ şəhər 3 saylı orta məktəb
4. Qəbələ şəhər 4 saylı orta məktəb
5. Qəbələ şəhər 5 saylı orta məktəb
6. Bum
7. Həmzəlli
8. Vəndam 1
9. Vəndam 2
10. Vəndam 3
11. Bunud
12. Nohurqışlaq
13. Tüntül
14. Aydınqışlaq
15. Böyük Əmili
16. Hacallı
17. Zarağan 1
18. Zarağan 2
19. Böyük Pirəlli
20. Soltannuxa
21. Nic 4
22. Çuxur Qəbələ
23. Mirzəbəyli
24. Mıxlıqovaq
25. Yemişənli

Turnirin ilkin mərhələsi Qəbələ rayon Böyük Əmili kənd stadionunda baş tutacaq. İlk qarşılaşmada Nic 4, Mıxlıqovaq, Yemişənli, Mirzəbəyli və Çuxur Qəbələ kənd məktəbləri üz-üzə gələcək. Qalib gələcək komanda növbəti mərhələyə adlayacaq.

Qeyd edək ki, "Qəbələ" FK FKD və "Qəbələ" Futbol Akademiyasının məşqçiləri turnirin gedişatı zamanı potensialı ola biləcək oyunçuları öz məşqlərinə dəvət edəcək.
 
İştirakçı komandalara uğurlar arzu edirik.