Əvəzedicilər 6-cı qələbəni 7 qolla qazandı
Xəbərlər / 25 Sentyabr 2017 | 20:34481
Əvəzedicilər 6-cı qələbəni 7 qolla qazandı

“Qəbələ” – “Neftçi” - 7:1
(Roman Hüseynov, 35; Ülvi İbazadə, 37; Famusa Kone, 44; Hacıağa Hacılı, 53; Ülvi İsgəndərov, 61; 76; 89 // Miradbulla Abbasov, 81)
Bu gün əvəzedicilərin çempionatında VI turun son oyunu keçirilib. Günün yeganə qarşılaşması Qəbələdə baş tutub. Əvvəlki 5 oyunda qələbələri sıralayan “qırmızı-qaralar” Neftçini qəbul edib. Elmar Baxşıyevin yetirmələrinin aşkar üstünlüyü ilə keçən qarşılaşmada böyük hesab qeydə alınıb.
İlk yarıda 3 cavabsız qol vuraraq qarşılaşmanın taleyini həll edən “Qəbələ” fasilədən sonra daha 4 qol vurub. Qonaqlar isə yalnız matçın sonlarında fərqlənə bilib. 7:1 hesablı qələbədə çempionatın bombardiri Ülvi İsgəndərov 3 qolla pay sahibi olub.
Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan “Qəbələ” xal sayını 18-ə çatdırıb.

1 Qəbələ 6 6 0 0 30-4 18
2 Zirə 5 4 0 1 11-4 12
3 Sumqayıt 6 2 2 2 10-18 8
4 Neftçi 6 2 1 3 7-11 7
5 Səbail 6 2 1 3 9-13 7
6 Kəpəz 6 1 3 2 8-9 6
7 İnter 5 0 4 1 8-12 4
8 Qarabağ 6 0 1 5 2-14 1