Əvəzedicilərdən ikinci heç-heçə 
Xəbərlər / 7 Avqust 2017 | 11:29303
Əvəzedicilərdən ikinci heç-heçə 

“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində son matçda qüvvəsini sınayıb. Öncə Tbilisi “Dinamo”su (0:0) və “Saburtalo”nun (3:1) əvəzediciləri ilə görüşən Elmar Baxşıyevin yetirmələri qonşu ölkədəki üçüncü qarşılaşmasında “Lokomotiv”lə görüşüb. “Dəmiryolçular”ın əvəzedici heyəti ilə matçda hesabı “Qəbələ” açıb. Nurlan Quliyevin penaltidən vurduğu qol komandamıza fasiləyə üstün yollanmağa imkan verib. Lakin meydan sahibləri oyunun ikinci yarısında fərqlənməyə nail olub – 1:1. Beləliklə, komandamız Gürcüstan toplanışını heç-heçə ilə başa vurub. Bu gün Qəbələyə qayıdacaq “qırmızı-qaralar” ikigünlük istirahətdən sonra çempionatın ilk turunun hazırlıqlarını davam etdirəcək.