Əvəzedicilərdən qolsuz sülh
Xəbərlər / 18 Yanvar 2018 | 21:59311
Əvəzedicilərdən qolsuz sülh

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Bu gün “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib. Qəbələdəki hazırlıqları başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb. I divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da baş tutub. Qarşılaşma qolsuz sülhlə nəticələnib – 0:0.

Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcək. Ayın 21-də komandamız daha bir yoxlama matçı keçirəcək. Komandamız “Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq.

Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə baş tutan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə I divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.