Əvəzedicilərin oyununda 7 qol
Xəbərlər / 25 Fevral 2018 | 19:07414
Əvəzedicilərin oyununda 7 qol

“Səbail” – “Qəbələ” – 4:3

(Emil Həsənzadə, 9; Vüqar Nadirov, 25, 53, 63 // Əli Sadıqov, 13; Faiq Hacıyev, 28; Kamran Quliyev, 60)

Əvəzedicilərin çempionatında XVII turun daha bir oyunu keçirilib. Turun ikinci günü mərkəzi qarşılaşma ilə başlayıb. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qəbələ” və “Səbail” sonuncuların meydanında üz-üzə gəlib. Məhsuldar keçən qarşılaşmada 7 qol vurulub. İlk yarıda iki dəfə hesabda geri düşən “qırmızı-qaralar” öncə Əli Sadıqov, ardınca Faiq Hacıyevin qolu ilə hesabda tarazlıq yaradıb. Fasilədən sonra bakılılar yenə önə keçib ki, bu dəfə Kamran Quliyev bərabərlik qoluna imza atıb. Meydan sahiblərinin 4-cü qolu isə qarşılaşmada həlledici olub. Beləliklə, Emin İmaməliyevin yetirmələri paytaxt səfərində 3:4 hesabı ilə məğlubiyyətlə ayrılıblar.

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

17

12

2

3

58-18

38

2

Səbail

17

9

3

5

29-25

30

3

Keşlə

17

6

9

2

26-20

27

4

Zirə

16

6

4

6

21-26

22

5

Qarabağ

17

6

3

8

23-29

21

6

Neftçi

16

5

4

7

13-20

19

7

Sumqayıt

17

4

4

9

18-35

16

8

Kəpəz

17

1

7

9

11-26

10